2010-cu ildə Kanal D-də yayımlanan, baş rolları Beren Saat və Engin Akyürekin canlandırdığı "Fatmagülün suçu ne?" serialı zirvədən enmir.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki,Türkiyə istehsalı kimi ekran işi xaricə ən çox satılanlar arasında liderdir. Belə ki, layihənin 149 ölkəyə satışı həyata keçirilib.
Bununla da, türk serialları satış üzrə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.