Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, Sasseks hersoqu şahzadə Harri ilə xanımı, hersoginya Meqan Marklın Avstraliya və Okeaniyaya səfərləri davam edir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, dünən onlar Sidney yaxınlığındakı populyar Bondi-Biç çimərliyinə yollanıblar.
1 km uzunluğu olan çimərlik serferlərin sevimli məkanıdır.
Şahzadə Harri ilə xanımı da çimərlikdə elə serferlərldə görüşüblər.
Yerli "OneWave" serfinq cəmiyyəti psixi sağlamlıq məsələlərinə ciddi yanaşırlar. Onlar şahzadə Harri ilə xanımına serfinqlə yoqanın depressiya, habelə digər əsəb pozuntularının müalicəsində effektindən danışıblar.
Şahzadə Harri və hamilə Meqan Marklın qatıldıqları aksiya "Parlan Cümə" (Fluro Friday) adlanırdı.