Qadin.NET / Xərçəng olduğunu deyib 55 min yığdı, həbs olundu - FOTO

Xərçəng olduğunu deyib 55 min yığdı, həbs olundu - FOTO

Xərçəng olduğunu deyib 55 min yığdı, həbs olundu - FOTO


Xeyriyyə saytlarının birində özünü xərçəng xəstəsi kimi təqdim edərək 55 min avstraliya dolları (39 min ABŞ dolları) toplayan qadın saxtakarlığına görə polis tərəfindən saxlanılıb.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, Avstraliyanın Kvinslend ştatının Tovnsvil şəhərində yaşayan 27 yaşlı Lusi Vilend hakim qarşısına çıxarılıb.

"GoFundMe" saytında hesab açıb, özünü xərçəng xəstəliyi diaqnozu qoyulmuş biri kimi təqdim edən Lusi cəzalandırılıb. O, pulları qaytarmalı və təzminat ödəməlidir.

Qeyd edək ki, o, ilin əvvəlində şəxsi Instagram hesabına oksigen maskalı şəkillərini yükləmişdi. Lakin onu tanıyanlar qadının "hekayə"sinin saxta olduğunu bilib, polisə xəbər veriblər.

19 oktyabr 2018
GO BACK