Gənc müğənni Aleyna Tilki oxuduğu "Dipsiz kuyum" adlı mahnıya görə məhkəməyə üz tutub.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, o, mahnısını icazəsiz öz musiqi proqramına yerləşdirən və satışa çıxaran Tolqahan Karamanı və "Apple" şirkətini məhkəməyə verib.
Verilən ərizədə bəstənin söz, musiqi və aranjimanının Emrah Karadumana aid olduğu vurğulanıb.
İddialara görə, Aleyna Tolqahandan 50 min təzminat tələb edib və məhkəmənin verəcəyi qərarı gözləyəcəyini deyib.