"Ufak tefek Cinayetler" serialının aktrisası Aslıhan Gürbüz əməliyyat olunub.
Qadin.Net axşam.az -a istinadən məlumat verir ki, aktrisa bir neçə gün idi çəkiliş meydançasına gəlmirdi. O, bundan sonra da iki həftə çəkilişlərə qatıla bilməyəcək.
Hazırda müayinə və müalicəsi davam edən Gürbüzün serialın son bölümündə rol almaması diqqətdən qaçmamışdı.