Amerikalı müğənni-aktrisa Ledi Qaqa "Hollivud xanımları" adlı mükafat gecəsində göz yaşlarını saxlaya bilməyib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 32 yaşlı Qaqa səhnəyə çıxarkən onun ünvanına xoş sözlər deyərək təqdim edən Cennifer Lopezi qucaqlamağa başlayıb. Duyğulu anlar yaşayan sənətçi bir neçə dəqiqə danışmaqda çətinlik çəkib.
O, həmkarına dəstək üçün təşəkkürünü bildirib: "Mənə ümid verdin. Bu gözəl təqdimat üçün təşəkkürlər. Mənə çox böyük ilham verirsən".