Qadin.NET / Məşhur futbolçu rekordlar kitabına düşdü

Məşhur futbolçu rekordlar kitabına düşdü

Məşhur futbolçu rekordlar kitabına düşdü


"Çelsi"nin futbolçusu Sesk Fabreqas Ginnesin rekordlar kitabına düşüb.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi Premyer Liqada ən qısa zamanda 100 asist sayına çatan futbolçu olub. 31 yaşlı futbolçu bu göstəriciyə 293 matçda nail olub.

Əvvəlki rekord 367 oyunda 100 qol ötürməsi edən "Mançester Yunayted"in uelsli sabiq futbolçusu Rayan Giqsə aid idi. 

Qeyd edək ki, Fabreqas 2003-2011-ci illərdə "Arsenal"da çıxış edib. O, 2014-cü ildən isə "Çelsi"nin şərəfini qoruyur.

17 oktyabr 2018
GO BACK