Qadin.NET / Yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək

Yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək

Yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək


Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin bu ilin sonuna kimi hazır olması, gələn ilin birinci yarısında nəşr edilməsi nəzərdə tutulur.

 Qadin.Net trend-ə istinadən bildirir ki, bunu Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, hazırda AMEA Dilçilik İnstitutunda orfoqrafiya lüğətinin hazırlanması üzərində iş aparılır:

"Azərbaycan dilində 100 mindən çox söz var ki, onların maksimum 1000-i orfoqrafiya qaydaları əsasında yenilənmə tələb edir. Həmin sözlər dəqiqləşdirilib. Hesab edirəm ki, yenilənmiş orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra Azərbaycan dilinin müstəqillik dövrünün mükəmməl, geniş lüğətini hazırlayıb cəmiyyətə təqdim edə biləcəyik".

Xatırladaq ki, orfoqrafiya lüğəti Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilir. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib.

16 oktyabr 2018
GO BACK