Aktyor Tolqa Karel imicini dəyişib.
Qadin.Net axşam.az-a istinadən verdiyi məlumata görə, o, saçlarını keçəl kəsdirib. Fotoları sosial şəbəkələrdə yayılan Tolqanı görənlər onu tanımaqda çətinlik çəkiblər. Aktyorun kökəldiyi də gözdən yayınmayıb.Xatırladaq ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. elə həmin il Çikaqoya köçərək orada turizm şirkəti açıb. Onun Saradan Mia adlı yaş yarımlıq qızı var.