Qadin.NET / Şəkidə qeyri-adi gəlin maşını karvanı - FOTO

Şəkidə qeyri-adi gəlin maşını karvanı - FOTO

Şəkidə qeyri-adi gəlin maşını karvanı - FOTO


Şəkidə ilk dəfə toy günü gəlin maşını şadlıq sarayına traktorların müşayəti ilə gətirilib.

Qadin.Net report-a istinadən xəbər verir ki, Öryət kənd sakinləri Ümid Əsgərov və Şəfəq Əsgərova cütlüyü gəlin maşını ilə şadlıq evinə gedərkən kəndin elə ilk döngəsində bəyin dostlarının maraqlı surprizi ilə qarşılaşıb.

Bəy Ü.Əsgərovun iş yoldaşları və dostları cütlüyə xoş anlar bəxş etmək üçün Öryət kəndindəki bütün traktorları bir araya toplayıblar. Dostlar traktorları üçrəngli bayraqlarla, gül-cicək və şarlarla bəzəyiblər. Gəlin maşını kənddən rayon mərkəzindəki şadlıq evinə qədər 15 km-ə yaxın məsafəni traktor karvanı ilə qət edib.

Dostların bu sürprizi bəylə gəlinin, onların yaxınlarının, qonaqların marağına səbəb olub, toy mərasimini daha yaddaqalan edib.

Şəkidə qeyri-adi gəlin maşını karvanı - FOTO

Şəkidə qeyri-adi gəlin maşını karvanı - FOTO

Şəkidə qeyri-adi gəlin maşını karvanı - FOTO


15 oktyabr 2018
GO BACK