Aktyor Cem Özer rol aldığı “İstasyon” filminin çəkilişi zamanı yıxılıb.
Qadin.Net axşam.az -a istinadən məlumat verir ki, onun ayağı iki yerdən qırılıb. Hadisədən sonra aktyor xəstəxanaya yerləşdirilib. Cem açıqlamasında bu sözləri deyib:
“Film çəkilişi zamanı yıxılma səhnəsi çəkilirdi. Diqqətsiz davrandım. Ayağımda iki qırıq var. Çəkilişlərə davam etməyə çalışacam”.