Son dövrdə ekranlarda olmayan Tuba Büyüküstün rəssamlığa başlayıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, 36 yaşlı sənətçi ilk işini sevgilisi Ümid Evirgenə bağışlayıb. Belə ki, o, iş adamının restoranının divarına Rene Qruaunun məşhur əsərini çəkib.
Çəkdiyi rəsmin fotosunu instaqramda paylaşan Büyüküstün qeyd olaraq "Dözülməz yüngüllük" sözlərini yazıb. Ulduzun rəssamlıq qabiliyyəti izləyiciləri tərəfindən bəyənilib.
Qeyd edək ki, T.Büyüküstünün Onur Saylakla olan nikahından əkiz qızı var.
İş adamı Ümid Evirgen aktrisadan 6 yaş kiçikdir.