Qadin.NET / "WhatsApp" istifadəçilərinə xəbərdarlıq

"WhatsApp" istifadəçilərinə xəbərdarlıq

"WhatsApp" istifadəçilərinə xəbərdarlıq


"WhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.

Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür.

Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "WhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.
13 oktyabr 2018
GO BACK