6 iyundan "On the Run II" adı ilə dünya turuna start verən müğənni Beyons və reper həyat yoldaşı Cey Zinin son konserti ötən gün Amerikanın Sittl şəhərində baş tutub.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, hər konsert proqramında müxtəlif obrazlarda olan Beyons bu dəfə də geyimi və rəqsləri ilə tamaşaçılarını təəccübləndirməyi bacarıb.
O, sonuncu konsertində gümüşü və ağ rəngli libaslara üstünlük verib. İfaçı qaşlarla bəzədilmiş bodisini eyni rəngli uzun ayaqqabı və şlyapa ilə tamamlayıb.
Qeyd edək ki, 10 ildir evli olan 36 yaşlı Beyonsla 48 yaşlı Cey Zinin ötən il əkizləri dünyaya gəlib. Onların 6 yaşlı Blu Ayvi adlı daha bir qızı var.