Qadin.NET / Ed Sheeran illik qazancını açıqladı

Ed Sheeran illik qazancını açıqladı

Ed Sheeran illik qazancını açıqladı


Müğənni və yazar Ed Sheeran illik gəlirinin miqdarını açıqlayıb.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 27 yaşlı ingilis sənətçi gün ərzində 75 min funtsterlinq, illik isə 27 milyon funsterlinq pul qazandığını bildirib. 

O, musiqi şirkətinin olmasına baxmayaraq, ən çox Facebook və İnstagram-dan qazanc əldə etdiyini qeyd edib. 

Ölkəsinə ən çox vergi ödəyən müğənni "Dünyanın ən çox qazanan 10 musiqiçisi" siyahısına da daxil edilib və illərdir ki, zirvədə olan Adeleni taxtından endirib. 

Bu məqamda bildirək ki, Ed Sheeran 2017-ci ilin martında "Divide" albomu ilə ilin ən çox satan ifaçısı olmuşdu. 

Ed Sheeran illik qazancını açıqladı


10 oktyabr 2018
GO BACK