Dünya şöhrətli dietoloq Çarlz Passler Moda Həftələrinin ən çox tələb olunan məşhur modeli Bella Hadidin pəhriz sirrini açıqlayıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, “People” jurnalı 21 yaşlı gözəlin necə formada qala bildiyini öyrənmək üçün onun dietioloqu Çarlz Passlerdən müsahibə alıb.
Həkimin sözlərinə görə, Hadid ideal bədənini yüksək tərkibli zülallar, bitki yağları (avokado, qoz-fındıq) və aşağı karbohidratların konsentrasiyası sayəsində qoruyur.
“Faydalı zülallar, yağlar və çox aşağı nişasta tərkibli tərəvəzlər. Əgər karbohidratları protein və yağ ilə yeyirsinizsə, bədən onları yanacaq olaraq istifadə edir. Pəhrizdə protein və karbohidratların tərkibi balanslaşdırılmış olmalıdır. Sonuncuların sayını azaltmaqla, özünüzü zülal və yağlardan məhdudlaşdırmadan bədəni enerji ilə təmin edirsiniz”, - deyə Passler bildirib.
Ulduzun instaqramda paylaşdığı fotolar da göstərir ki, karbohidratlardan imtina etmir. Modelin ən sevilən xörəklərdən biri pizza olaraq qalır, onun üçün bəzən pəhrizi pozmağa hazırdır.