Qadin.NET / Ben Afflek yenidən məhkəməyə çıxacaq-FOTO

Ben Afflek yenidən məhkəməyə çıxacaq-FOTO

Ben Afflek yenidən məhkəməyə çıxacaq-FOTO


Məşhur amerikalı aktyor, Hollivud ulduzu Ben Afflek boşanma ərəfəsindədir.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, 46 yaşlı aktyor və rejissor hazırda sevgilisi, Playboy modeli Şona Sekstonla birlikdə yaşayır.

Dünən səhər saatlarında paparassilər Affleki 22 yaşlı modelin evini tərk edərkən görüblər.

Günorta saatlarında isə Afflek övladları - 13 yaşlı Vayolet, 9 yaşlı Serafina və 6 yaşlı Semüel ilə birlikdə idi.

Aktyorun xanımı Cennifer Qarner boşanma fikrində qətiyyətlidir. Onun sözlərinə görə, əri əyyaşlıqdan və spirtli içkilərdən asılılıqdan qurtulmaq üçün 40 günlük reabilitasiya kursu keçəndən sonra normallaşıb.

Ben Afflek isə İnstagram profilində "rehab" kursunun başa çatmasından bəhs edib.

O, spirtli içkilərdən asılılıqdan qurtulduğu, müalicəsini ambulator əsaslarla davam etdirəcəyini yazıb.

Afflekin boşanma prosesi Los-Ancelesin Ali Məhkəməsində olacaq.

5 oktyabr 2018
GO BACK