Çində vergidən yayınan məşhur aktirisa Fan Bingbingə 130 milyon dollar cərimə təyin olunub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Çin Dövlət Vergi Dairəsi iyun ayında başlatdığı istintaqda Fanın gəlirini gizlətdiyini və film şirkətləri ilə imzaladığı müqavilələrdə saxtakarlıq etdiyini ortaya çıxarıb.
Ölkəsi ilə bərabər Holivud istehsalı olan filmlərdə də rol alan aktrisaya ilk dəfə vergidən yayındığı üçün həbs cəzası kəsilməyəcək.