Hər dəfə yaratdığı obrazları ilə tamaşaçıları təəccübləndirməyi bacaran aktyor Kıvanç Tatlıtuğ bu dəfə də ənənəsinə sadiq qalıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, "Organize işler 2" filmində Sarı Saruhan xarakterini canlandıracaq Kıvanç imici ilə müzakirə obyektinə çevrilib.
Aktyorun fotolarını görən sosial şəbəkə istifadəçiləri "Bu insan hər dəfə müxtəlif obrazda olur" kimi şərhlər yazıblar. Bəziləri isə Tatlıtuğu tanımaqda çətinlik çəkdiyini qeyd edib.