Qadin.NET / Kıvanç və Elçin eyni serialda baş rol alacaqlar

Kıvanç və Elçin eyni serialda baş rol alacaqlar

Kıvanç və Elçin eyni serialda baş rol alacaqlar


Son olaraq aktrisa Tuba Büyüküstünlə "Cəsur və Gözəl" serialı ilə tamaşaçı qarşısına çıxan Kıvanç Tatlıtuğ bu dəfə "Çarpışma" adlı ekran işi ilə geri dönür.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyorun serialdakı tərəf müqabili də artıq bəllidir. Bu, aktrisa Elçin Sanqudur."Show TV"də ekrana gələcək serialın çəkilişləri noyabr, dekabr ayından başlayacaq.

Rejissoru Uluç Bayraktar olan ekran işində izləyicilər məşhur simalardan Alperen Duymaz, Melisa Aslı Pamuk və Erkan Canı da görə biləcəklər.
1 oktyabr 2018
GO BACK