Qadin.NET / Rusiyanın ən yaxşı müğənnisi Emin oldu- FOTO

Rusiyanın ən yaxşı müğənnisi Emin oldu- FOTO

Rusiyanın ən yaxşı müğənnisi Emin oldu- FOTO


Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyada "MusicBox"un "Ən yaxşı müğənni" nominasiyasının qalibi olub.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, E.Ağalarov bununla bağlı sevincini öz İnstaqram səhifəsində izləyicilərlə bölüşüb.

O, mükafatı ilə çəkilmiş şəklini hesabında yerləşdirərək yazıb:

"Bu gün "Music Box"un “Ən yaxşı müğənni” mükafatına layiq görülmüşəm. Bu nominasiyada mənə səs verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Belə bir ad almaq artist üçün böyük şərəfdir və sizi daha çox sevindirmək üçün əla stimuldur, dostlar!".

Qeyd edək ki, adıçəkilən mükafat 2013-cü ildən verilir. Sosial şəbəkələrdə və mükafatın rəsmi saytında keçirilən səsvermə nəticəsində hər bir nominasiya üzrə 6 finalçı müəyyən edilir. Qalib isə bu finalçılar arasından seçilir. 

1 oktyabr 2018
GO BACK