Qadin.NET / Aleyna Tilki məhkəməlik oldu

Aleyna Tilki məhkəməlik oldu

Aleyna Tilki məhkəməlik oldu


Ahmet Selçuk İlkan müğənni Aleyna Tilkini və aranjimançı Emrah Karadumanı məhkəməyə verib.

Qadin.Net axşam.az -a istinadən məlumat verir ki, Ahmet ötən gün Selami Şahinin konsertində görüntülənib. Sənətçi məhkəməyə baş vurduğunu deyib:


“Məhkəməyə baş vurduq. Oxuduğu mahnının musiqisi çox köhnə bir mahnıdandır. Bizdən icazə almadan musiqidən istifadə ediblər. Mahnınınn adı “Dipsiz kuyum”dur. Amma biz dibsiz və köksüz deyilik. Bizi o quyunun içinə atmasınlar. Əsər yeni nəsə yaratmaqdır, başqasını dəyişmək deyil. Biz bağışlasaq da illər bağışlamaz. İcazə alaraq istifadə edə bilərdi”.

Qeyd edək ki, Ahmet Aleynanın ifa etdiyi "Dipsiz kuyum" adlı mahnının musiqisinin "Yıllar affetmez" adlı bəstədən oğurlandığını iddia edir.

1 oktyabr 2018
GO BACK