Qadin.NET / Mədəsindən 8 kq pul çıxdı – FOTO

Mədəsindən 8 kq pul çıxdı – FOTO

Mədəsindən 8 kq pul çıxdı – FOTO


Yaponiyada xəstəxanaların birində qeyri-adi hadisə baş verib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, sakinlərdən biri həddən artıq yorğunluq və depressiya səbəbindən xəstaxanaya müraciət edib. Onun mədəsindən 8 kq ağırlığında metal pul tapılıb.

Rentgen görüntülərində xəstənin mədəsində dairə formasında cisimlər görülüb. Dərhal əməliyyat olunan şəxsin mədəsindən 1 894 ədəd qəpik çıxarılıb.

Həmçinin onun mədəsindən kağız, təbaşir, tük və bu kimi başqa xırda cisimlər də aşkar edilib.

Həkimlər bunu pasientin psixoloji xəstəlikdən - “Pika”dan əziyyət çəkməsi ilə əlaqələndirib.

Bu xəstəlik daha çox yetkinlik yaşına çatmamış gənclərdə və hamilə qadınlarda müşahidə olunur.

Mədəsindən 8 kq pul çıxdı – FOTO


1 oktyabr 2018
GO BACK