Qadin.NET / 6 yaşlı Leyla hər kəsi heyrətləndirdi-FOTO

6 yaşlı Leyla hər kəsi heyrətləndirdi-FOTO

6 yaşlı Leyla hər kəsi heyrətləndirdi-FOTO


Maqnit qız sizin də diqqətinizi çəkəcək. 6 yaşlı qız həmyaşıdlarının edə bilmədiklərini edir. Dəmir əşyalar və kağız bədəninə, əlinə yapışır.

Kağız, qaşıq, çəngəl və digər dəmir əşyalar...

Bütün bunların hamısı 6 yaşlı maqnit qızın bədəninə yapışır...

Diqqətimizi çəkən bu qızı Xırdalanda tapdıq..

Məlum oldu ki,valideynləri də qızın bu istedadından dünənə qədər xəbərsiz olublar.Dünən evdə oynayan qızın bu qeyri-adi bacarığını ilk qardaşı hiss edib.

Əlinə dəmir əşyalar yapışdıran qız qeyri-adi qabiliyətini nümayiş etdirir.

6 yaşlı Leylanın qardaşı bacısının istedadını hiss edən kimi dərhal atasına məlumat verib

Leylanın atası Zaur Qasımov deyir ki, qızının bu hərəkəti ona qeyri-adi gəlib.

Leylanın atasının sözlərinə görə, onlar ilk olaraq həkimə müraciət edəcək. Əgər ziyanlı bir şey olmasa, onlar qızlarına bu istedadını inkişaf etdirməsi üçün kömək edəcəklər.

Qeyd edək ki, Leyla Qasımova 1-ci sinif şagirdidir.

30 sentyabr 2018
GO BACK