Ötən gün fenomen qəssab Nüsrətin Etilerdə yerləşən restoranında alov şousu pis hadisə ilə nəticələnib. Alov müştərilərdən birinin üzərinə sıçrayıb və qadın xəsarət alıb.
Qadin.Net axşam.az -a istinadən məlumat verir ki, Nüsrət hadisə barədə açıqlama verib və bu sözləri deyib:
“Dəyərli dostlarım, dünən axşam Etilerdəki restoranda pis hadisə yaşadıq. Böyük əziyyətlə bu günə qədər gətirdiyimiz işimizin ən vacib hissəsi olan qonaqlara məlumat vermək istədim. Qonaqlarımızı İstanbulda olduqları məkanda ziyarət etdim. Sağlamlığına qovuşması üçün lazım olan köməyi edəcəm. Yaxşı nəticələnməyən bu şounu da artıq davam etdirməmək qərarına gəldik. Heç bir şou mənim və ailə olaraq gördüyüm qonaqlarımın sağlamlığından önəli deyil”.