İngiltərədə xərçəngdən əziyyət çəkən 70 yaşlı kişi rentgen müayinəsinin cavabından şoka düşüb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Liverpul sakini Peter Cavanagh həyat yoldaşı Tess ilə birlikdə xəstəxanaya gedib. Rentgenin cavabı onları təəccübləndirib. Çıxarılan lentdə "cocker spaniel" cinsindən olan itin surəti görünüb. Rentgenin cavabına gülən yaşlı adam İngiltərə mətbuatında gündəm olub.
"Yoldaşımla itin cinsi ilə bağlı mübahisə etdik. "Beagle"mi, "spaniel"mi deyə zarafatlaşdıq. Məncə, it spaniel cinsindəndir. Burunu düz xərçəngin olduğu nöqtədədir", deyə Peter Cavanagh bildirib.
3 uşağı və 20-dən çox nəvəsi olan kişi qeyd edib ki, xərçəng yaxşı xəstəlik olmasa da, gülməyə və mübarizəyə davam etmək lazımdır.