Vietnam səmasında nadir rast gəlinən obyekt müşahidə olunub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Byen Xoa şəhərinin səmasında işıqsaçan yad cisim insanları təşvişə salıb.
Obyekt bir qədər səmada göründükdən sonra qəflətən yoxa çıxıb.
Yad cisim otel işçilərindən biri 11-ci mərtəbədə təmizlik işlər apararkın diqqətini cəlb edib. O bunu öz mobil telefonu ilə çəkməyə başlayıb və sosial şəbəkələrdə paylaşıb. Video insanların böyük marağına səbəb olub.
Yad cisimlə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilmir.