Prosüder və aparıcı Acun İlıcalı İnstaqram səhifəsində çoxdan gözlənilən yeni paylaşım edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Acun artıq yeni mövsüm çəkilişləri başlayan “O səs Türkiyə”də çəkilən fotonu izləyicilərlə bölüşüb.
Şəkildə İlıcalı ilə yanaşı jüri kürsüsündə əyləşən 4 məşhur da yer alır.
"O səs Türkiyə - 2018" qeydli foto bir saata 150 min “like” toplayıb.
Qeyd edək ki, yeni sezon münsif kürsüsündə müğənnilər Murad Boz, Hadisə, Seda Sayan və aparıcı Beyaz Öztürk olacaq.