Qadin.NET / Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov zooparkında robot-kassir işə başlayıb


Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış "WayBot" adlı xidməti robot Rostov zooparkında işə başlayıb.
 
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, robot-kassir ziyarətçiləri qarşılayacaq, onlara zoopark haqda məlumat verəcək, giriş üçün bilet satacaq, həmçinin zooparkın saytından satın alınmış biletləri çap edəcək. Bundan başqa, istehsalçıların məlumatına görə, "WayBot" robotu zooparkda olan heyvanlar  haqda aktual xəbərləri sensor ekrana çıxara və keçiriləcək tədbirləri elan edə bilir.
 
Bildirək ki, cari ilin fevralında ictimaiyyətə təqdim edilmiş "WayBot" robotu təkrarlanan əməliyyatlar vaxtı (xidmət haqqı, konsultasiyalar, ekskursiyalar, naviqasiyada kömək, bilet və şəkillərin çapı) insanı əvəz etmək məqsədilə hazırlanıb.

25 sentyabr 2018
GO BACK