Birləşmiş Ştatların Kaliforniya ştatının qubernatoru Cerri Braun içkilərdə istifadə olunan plastik borucuqların qadağan edilməsi haqqında fərman imzalayıb.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, fərmanda borucuqlardan istifadə tamamilə qadağan edilmir. Yeni qaydalara görə, ofisiantlar yalnız müştərinin sifarişi ilə içkiləri plastik borucuqlarla gətirəcəklər.
Bundan əvvəl Kaliforniya ştatının San-Fransisko və Vaşinqton ştatının Sietl şəhərlərində plastik borucuqlardan tamamilə imtina edilib. Hakimiyyət dairələri bu addımı okeanın çirklənməsinin qarşısını almaq üçün plastik maddələrin istehlakını azaltmaq məqsədilə atırlar. ABŞ-ın Milli Parklar Xidmətinin hesablamalarına görə, amerikalıları hər gün 500 milyona yaxın plastik borucuqdan istifadə edirlər.