Qadin.NET / Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ

Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ

Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ


Sənaye məhsulları, neft və kömür kimi yanacaq məhsullarının istifadəsindən yaranan karbon dioksit dünya iqliminin gedərək isinməsinə səbəb olur.

Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, sözügedən hadisə daha çox Qrenlandiyada nəzərə çarpır.

Qrenlandiyadakı buz təbəqəsi hər gün daha da əriyir. Alimlər aysberqlərin əriməsinin bütün bəşəriyyət üçün çox vacib nəticələrə səbəb olacağını deyirlər.

Əgər buzlar tam ərisə, dünya dənizləri və okeanları 7 metr yüksələcək. Alimlər buz təbəqəsinin əriməsinin 2100-cü ildə dünyadakı dəniz suyu səviyyəsinin 5-10 sm yüksəlməsinə səbəb olacağını, ifrat istilərin isə bu səviyyəni 20 sm artıracağını bildiriblər. Bir neçə il əvvələ qədər isə Qrenlandiyadakı buzların əriyərək parçalara bölünməsinin 1000 il davam edəcəyi bildirilmişdi. Amma son araşdırmalar bildirir ki, aysberqlərin əriməsi ilə adaların yaranması, Grenlandiyanın daha sürətli formada parçalanaraq dünya okeanı və dənizlərində suyun səviyyəsinin artırması daha tez baş verəcək.

NASA və Kaliforniya universitetinin tədqiqatçıları yeni xəritələr yayımlayıblar.

Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ

Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ


22 sentyabr 2018
GO BACK