Qadin.NET / Lolita 6 milyonluq məhkəməni uddu - FOTO

Lolita 6 milyonluq məhkəməni uddu - FOTO

Lolita 6 milyonluq məhkəməni uddu - FOTO


Rusiyanın məşhur müğənnisi Lolita Milyavskaya və prodüseri Yelena Kiper arasında yaranan məhkəmə çəkişməsi başa çatıb. 

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat verib.  O, vəkilinə təşəkkür edərək mübarizədə qalib gəldiyini elan edib. 

Bu məqamda bildirək ki, Lolita ilə Yelena 1 il əvvəl çox yaxın rəfiqə olublar. Lakin onlar arasında maliyyə problemləri yaranıb və münasibətlərinə son qoyublar.  

Lolita istehsalçının ona 6 milyon rubl borcu olduğunu iddia edərək məhkəməyə müraciət edib. Lakin qarşı tərəf bunu qəbul etməyib. 

Uzun müddətdir davam edən mübarizədən sonra hakim 54 yaşlı ifaçının lehinə qərar çıxarıb. 

21 sentyabr 2018
GO BACK