Qadin.NET / Hande Erçel və Murad AYRILDI - FOTO

Hande Erçel və Murad AYRILDI - FOTO

Hande Erçel və Murad AYRILDI - FOTO


Aktrisa Hande Erçel və müğənni Murad Dalkılıçın sevgisi bitib.

 

Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bir müddətdir birlikdə görünməyən cütlüyün ayrılıq xəbərləri öz təsdiqini tapıb.

 

İddialara görə, aktrisanın anası xəstələnəndə Murad Dalkılıç sevgilisinə zəng edərək hal-əhval tutsa da, sonradan maraqlanmayıb. Murad Dalkılıçın evlilik təklifini qəbul etmədiyi deyilən aktrisa tək qalmağa üstünlük verib. Aktrisaya yaxın mənbələr bildirib ki, Hande Erçel Murad Dalkılıçla dostluq münasibətlərini də birdəfəlik kəsməyə qərar verib və onunla barışmaq niyyəti yoxdur.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Murad Dalkılıçın restoranda çıxış edərkən Hande Erçelin gecədə olmaması diqqət çəkmişdi. Dalkılıç məkandan ayrılarkən müxbirlərin ayrılıqla bağlı suallarına da cavab verməmişdi.

Hande Erçel və Murad AYRILDI - FOTO


16 sentyabr 2018
GO BACK