Qadin.NET / Haker 24 dəfə cek-pot uddu

Haker 24 dəfə cek-pot uddu

Haker 24 dəfə cek-pot uddu


"DEOSGames" onlayn kazinosundakı boşluqlardan istifadə edən "runningsnail" nikli şaker 24 dəfə dalbadal cek-pota yiyələnib. Uduşları bank hesabına keçirəndən sonra kibercinayətkar platformanı tərk edib.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bu barədə "DEOSGames"in Twitter-dəki rəsmi mikrobloqunda məlumat verilir.

Hakerin "runningsnail" nikli uçot qeydiyyatına nəzər saldıqda, bəlli olur ki, haker akkauntu hücumdan bir qədər əvvəl yaradıb. O, onlayn-kazinoya hücum nəticəsində EOS platformasının valyutası formasında 24 min dollar əldə edib.

Hər cek-pot 197 EOS idi.

Cinayətkar uduşunun böyük qismini hələlik platformadan çıxara bilməyib.

14 sentyabr 2018
GO BACK