Qadin.NET / "Florens" zəifləsə də, çox təhlükəlidir

"Florens" zəifləsə də, çox təhlükəlidir

"Florens" zəifləsə də, çox təhlükəlidir


ABŞ-da metereoloqların son 30 ilin ən güclü və qorxulu tropik qasırğası saydıqları "Florens" xeyli zəifləyib.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, hazırda qasırğanın mərkəzində küləyin sürəti 50 metr/saniyədən artıq deyil.

Buna rəğmən, Şimali Karolina, Cənubi Karolina və Virciniya ştatında təlxiyə davam edir. Yerli sakinlər arasında evlərini tərk etmək istəməyənlərdən maksimal dərəcədə ehtiyatlı davranmaq tələb olunub.

"Florens"in əsas zərbəsi Şimali Karlina ştatına dəyə bilər. Qasırğa zəifləsə də, onun ölçüləri artıb. "Florens" indi 4 Ohayo ştatı boydadır.

Yerli sakinlərdən evlərini tərk edərək təhlükəsiz yerlərə yollanmaları tələb olunur. Sahildəki Maunt Plizant şəhərinin meri Uill Heyni səhər saatlarında yaydığı müraciərd' deyib: "Sakinlərdən bir daha xahiş edirəm: lütfən, talenizlə oynamayın, təhlükəli qasırğadan qurtulmaq üçün şəhəri tərk edin".

Təlxiyə məcburi deyil. Lakin evini tərk etmək istəməyənlər risk edirlər. Çünki küləyin sürəti 80 km/saata çatandan sonra şəhərləri tərk etmək istəyənləri polis yollara buraxmayacaq. Bir çox yerlərdə komendant saatı elan ediləcək, küçəyə çıxmaq yasaqlanacaq. Üstəlik, yanğınsöndürənlər və təcili yardım briqadaları çağırışlara getməyəcəklər.

Şəhəri tərk etmək istəyənlər üçün qonşu ştatların məktəblərinin ərazilərində müvəqqəti sığınacaqlar təşkil olunub.

"Belə məktəblərə əliboş yollanmayın. Ərzaq, habelə yataq dəsti aparın. Beşulduzlu otel təklif etmirik", - Cənubi Karolina ştatının qubernatoru Con Teklenburq deyib.

"Florens" qasırğası səbəbindən Norfolk limanındakı bütün hərbi gəmilər okeana çıxıblar. Lenqli-İstis aviabazasındakı F22 qırıcıları və başqa hərbi təyyarələr Ohayo ştatındakı aerodromlara uçublar.

Sahil zonalarında daşqınlar və torpaq sürüşmələri istisna olunmur.

13 sentyabr 2018
GO BACK