Türkiyəli məşhur müğənni Demet Akalının boşanma səbəbi məlum olub.
Qadin.Net Milli.Az-a istinadla xəbər verir ki, o, sosial şəbəkələrdə yayılan "formal olaraq boşanırlar" iddialarına cavab verərək şəxsi Tvitter hesabında yazıb:
"Yox bir! Qızımın otağını belə almaq istədilər. Guya qardaşının ofisi imiş".
Qeyd edək ki, müğənninin ərinin ailəsinə məxsus şirkətin banklara borcu olduğuna görə onların mülkləri müsadirə olunub. Bu səbəbdən cütlük ayrılıb. Ötən gün onların məhkəməsi baş tutub.