Türkiyəli qəssab Nüsrətin Nyu-Yorkdakı restoranında ödənilən 41 min dollarlıq hesab sosial mediada müzakirə mövzusu olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, duzu ətin üzərinə qeyri-adi hərəkətlə səpməsi nəticəsində gündəmə gələn qəssabın Nyu-Yorkdakı restoranına üz tutan bir müştəri hesabın yüksək olmasına etiraz edib. 41 min dollar hesab ödəyən müştəri qəbzin şəklini sosial şəbəkədə paylaşıb.
Müştəri Nüsrətin Nyu-yorkdakı restoranında 2 şüşə Petrus şərabına 18 min dollar pul verib. Çekdə 5 min 825 dollarlıq xidmət haqqı isə xüsusi diqqət çəkib.İddia olunur ki, dolların kursu Türkiyədə bahalaşdığı üçün Nüsrət Nyu-Yorkdakı restoranında xidmət haqqı ilə meynunun qiymətlərini yuxarı qaldırıb.