Qadin.NET / ABŞ-a "Florens" qasırğası yaxınlaşır

ABŞ-a "Florens" qasırğası yaxınlaşır

ABŞ-a "Florens" qasırğası yaxınlaşır


"Florens" tropik qasırğası ABŞ-ın şərq sahillərinə sürətlə yaxınlaşır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Birləşmiş Ştatların Milli Qasırğaların Müşahidə Agentliyinin (National Hurricane Center) yaydığı məlumata görə, ölkənin Orta Atlantika regionun sakinləri hava durumunu diqqətlə izləməli, yerli hakimiyyət orqanlarının təlimatlarına hazır olmalıdır.

"Florens"in mərkəzində küləyin sürəti 220 km/saata çatır.

"Ayzek" adlı qasırğa da sürətlə güclənməkdədir.

Cənubi Karolina ştatının qubernatoru Henri MakMakmaster ştatda fövqəladə vəziyyət elan edib. "Florens" tropik qasırğasının ştatı nə zaman vuracağı bəlli deyil.

Şimali Karolina ştatının qubernatoru Roy Kuper də ştatda fövqəladə vəziyyət elan edib.

ABŞ prezidenti Donald Tramp durumla əlaqədar olaraq Ağ Evdə vitse-prezident Mayk Pens və administrasiyanın rəhbəri Con Kelli ilə toplantı keçirib.

Virciniya, Şimali və Cənubi Karolinalar ştatlarında 1 milyondan artıq insana evlərini tərk etmələri, təlxiyyə olunmaları əmr olunub.

ABŞ-ın Şərq sahillərindəki dükanlar, məktəblər və xəstəxanalar, habelə dövlət qurumlarının ofisləri bağlanır. Milli Qvardiyanın əməkdaşları səfərbər olunublar.

Merilend ştatında da fövqəladə vəziyyətə hazırlıq gedir.

"Florens" qasırğası 5-ci, ən son təhlükə səviyyəsinə çatıb.

11 sentyabr 2018
GO BACK