Qadin.NET / Merve jurnalistlərə əsəbləşdi

Merve jurnalistlərə əsəbləşdi

Merve jurnalistlərə əsəbləşdi


Xəbər verdiyimiz kimi, aktrisa Merve Boluğur bir ilə yaxındır ki, müğənni Murad Dalkılıçdan boşanıb. Bunun ardınca aktrisa Hakan Sabancı ilə yaşamağa başlamışdı. 
Qadin.Net axşam.az-a istinadən məlumat verir ki, şəxsi həyatı ilə gündəmdən düşməyən Boluğur səssizliyini pozub və sosial media hesabında bu sözləri yazıb:

“Son vaxtlarda haqqımda çıxan xəbərlər və sosial mediadakı haqsız şərhlərə görı açıqlama vermək ehtiyacı duydum. Mən 17 yaşdan bəri öz ayaqlarım üzərində duran və yaşadığım haqsızlıqlar qarşısında dik dayanan bir qadınam. İndi olduğum nöqtəyə də öz gücümlə gəlmişəm. Ancaq son zamanlar şəxsi həyatıma çox müdaxilə olunduğunu görürəm. Bu zamana qədər özümə olan hörmətimə görə susmağın tərəfdarı oldum. Amma mən sakit qaldıqca haqqımdakı xəbərlərdə çox üzərimə gəlindiyini düşündüm. Bu açıqlamanı vermək məcburiyyətində qaldım. Adı üstündədir. Keçmiş elə keçmişdir. Artıq keçmişdə yaşananlarla gündəmə gəlmək istəmirəm. Jurnalistlərdən də xəbər yazarkən daha diqqətli olmalarını xahiş edirəm”.

9 sentyabr 2018
GO BACK