"Android" mobil sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Viber" messencerində çatda göndərilən mesajların ani tərcüməsi əlçatandır. Yaxın vaxtlarda isə "iOS" sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün belə imkan əlçatan olacaq.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, "Viber" messenceri istifadəçiləri mesajı birbaşa çatın pəncərəsində istənilən dilə tərcümə edə bilər. Bunun üçün mesajın üzərinə sıxmaq, "tərcümə et" opsiyasını seçmək lazımdır və bundan sonra mətn seçilmiş dilə uyğun olaraq tərcümə ediləcək. Bu funksiya "Google Translator" ilə inteqrasiya nəticəsində əlçatan olub.