Qadin.NET / Demi Murun cadulu qalstuku-FOTO

Demi Murun cadulu qalstuku-FOTO

Demi Murun cadulu qalstuku-FOTO


"Fala inanma, faldan da qalma" məsəlini yəqin ki, hamı bilir. Çoxları caduya inanmadıqlarını deyir. Amma cadunun gücüylə ərə gedən, iş düzəldən də az deyil. Hətta pullarının sayı-hesabı olmayan, dünyada məşhur olan Hollivud ulduzları da cadunun köməyi ilə sevgili tapır, ailə qururlar.

 Qadin.Net axşam.az  yer alan məqalədə dünya ulduzlarının həyatındakı cadulardan bəhs edilib. 

Demi Murun lənətlənmiş qalstuku

Demi Mur həyat yoldaşı Bryusdan boşandıqdan sonra depressiyaya düşüb. Buna səbəb aktrisanın Bryusa cadunun köməyi ilə ərə getməsi olub. Özü də cadunu aktyorun qalstukuna etdirib. Boşandıqdan sonra Mur 6 ay həmin qalstuku boynundan asıb, ərinin ətirlərini vurub. Nəhayət, aktrisa bunun cadunun təsiri olduğunu düşünüb, falçıya müraciət edib. Falçı isə ona 10 rəfiqəsinin yanında həmin qalstuku yandırmasını məsləhət görüb. Qalstuk yandırılandan sonra Mur əvvəlki xoşbəxt həyatına qayıtdığını deyib.

Penelope Kruzun cadugər dostu
 Sən demə, aktrisa istədiyi filmə çəkilmək üçün rejissorlara cadu etdirirmiş. Hətta bir dəfə çəkildiyi filmə sponsor tapılmadığı üçün çəkilişlər dayandırılıb. Bunu görən, Penelope cadugərlərin köməyi ilə filmə sponsorlar da cəlb edib. Hətta aktrisanın Tom Kruzu magiyanın köməyi ilə ələ aldığı deyilir. Nikol Kidman da Tom Kruzla nikahlarının uğursuz olmasında Penelopeni günahlandırır. Belə ki, deyilənə görə, Penelope Kidmanın toy paltarına cadu etdiribmiş.


Lənətlənən sevgililər
Onunla birlikdə olan kişilərin ayrılıqdan sonrakı həyatları bir müddət uğursuz olub. Hətta Madonnanın bütün sevgililərinə əvvəlcə cadu etdirdiyi deyilir. Ayrıldığı həyat yoldaşı Qay Riçi çəkildiyi bir çox filmlərlə məşhur olmuşdu. Artıq o, filmlərə daha yüksək qonorarla dəvət alırdı. Amma Madonna ilə evlənəndən sonra qazandığı uğurları itirib. Çəkildiyi filmlərsə tamaşaçı rəğbəti toplaya bilməyib. Beyzbolçu sevgilisi Aleksin də taleyi Qay Riçidən fərqli olmayıb. O, Madonna ilə tanış olandan karyerası dağılıb. Narkotik maddədən istifadə etməkdə günahlandırılaraq həbs olunub.
Cadugərlərin dostu Peris Hilton
Yaxın rəfiqələri Perisi «şeytanın dostu» adlandırır. Hiltonun yaxın rəfiqəsi Nikol Riçinin dediyinə görə, onun işləri heç yolunda getmirmiş. Dostları da ona Hollivudun məşhur falçısı Həkim Zmeyi məsləhət görüb. Həkim Perisin lənətləndiyini söyləyib. Onunla görüşdən sonra Hiltonun bütün işləri yağ kimi getməyə başlayıb. Deyilənə görə, Peris falçı ilə tanış olduqdan sonra hətta bəyəndiyi kişini belə cadugərin köməkliyi ilə özünə cəlb edir. 
Cennifer Lopezin sirri
Müğənninin vizajisti Skott Barns ondan haqqını ala bilməyincə media nümayəndələrinə maraqlı açıqlamalar verib. O, bütün KİV-ə müğənninin gözəllik sirlərini açmağa başlayıb. Bunu görən Lopez şəxsi cadugəri Merl Qonsalesdən Skottun ağzını bağlamasını istəyib. Jurnalistlərin araşdırmalarına görə, Qonsales cadularını daş və heyvan qanı ilə edir. Müğənni bütün işlərini onun məsləhəti ilə yerinə yetirir. Hətta J.Lo sevgililəri - Kris Cad, Paff Deddi və Mark Entonini gözəlliyi ilə yox, magik ritualların köməyi ilə cəlb edib. 
Kameron Diazın cadulu paltarı
Kameron Diaz hələ orta məktəbdə oxuyandan caduyla məşğul olurmuş. O, çəhrayı rəngli alt paltarına magik rituallar etdirirmiş ki, məktəbdə bütün oğlanlar onun dərdindən dəli olsun, müəllimlər ondan dərs soruşmasın və imtahanlardan yaxşı qiymətlər alsın. Kameron məşhur olandan sonra da bu vərdişini unutmayıb. Bir iş dalınca gedəndə həmin cadulu çəhrayı alt paltarlarını geyinirmiş.
8 sentyabr 2018
GO BACK