Qadin.NET / Kəndin hər həyətində bu minik növündən var -VİDEO

Kəndin hər həyətində bu minik növündən var -VİDEO

Kəndin hər həyətində bu minik növündən var -VİDEO


Gədəbəyin Novoivanovka kəndində demək olar ki, hər həyətdə kvadrasikl var.
Qadin.Net xezerxeber-e istinadən bildirir ki, keçilməz yolları ram etmək üçün nəzərdə tutulan kvadrasikl günün birinci yarısı uşaqların əyləncəsi üçün istifadə olunur. Yay tətilinin son günlərini yaşayan azyaşlılar bu nəqliyyat vasitəsi ilə dağlıq ərazilərdə adrenalin yaşayırlar. Təhlükəli olsa da, uşaqlar bu nəqliyyat vasitəsini məharətlə idarə edirlər. Təhlükəli vəziyyət yaranarsa, texnikanın özündə bütünlüklə elektrik əlaqəsi kəsilir. Dağlara çıxdıqda isə mütləq şəkildə zirehli geyim və dəbilqədən istifadə olunur.
Bu nəqliyyat vasitələri günün ikinci yarısı isə kənd sakinlərinin istifadəsində olur. Daha çox heyvandarlıqla məşğul olan insanlar kvadrasiklları müasir at da adlandırırlar. Bu nəqliyyat vasitəsi dağlara çıxmaq üçün də çox əlverişlidir.
Kvadrasikllar 100 kilometrə 5 litr yanacaq sərf edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
8 sentyabr 2018
GO BACK