Qadin.NET / Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO

Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO

Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO


Fahriye Evcen, Tuba Büyüküstün və Bergüzar Korel ziyafət libasları ilə modapərəstləri ilhamlandırıb.

 

Qadin.Net publika.az -a istinadən xəbər verir ki, qardaş ölkənin ən gözəl qadınları sayılan hər üç aktrisa dünən teatr xadimi Ferhan Şensoy ilə aktrisa Dərya Baykalın qızı Müjgan Ferhan Şensoy və Cem Ögetin toyunda iştirak edib. Kino ulduzları toy üçün seçdikləri geyimlərlə göz qamaşdırıb.

 

Fahriye Evcen toy üçün “Fidan Şimşek” moda evindən bu ilin əsas trendi sayılan narıncı rəngli, çiyni açıq libas geyinib.

 

Bergüzar Korel dərin sinə dekolteli qırmızı libas seçib. Sadəliyə üstünlük verən Tuba isə qara uzun ətəyini xallı ağ köynəklə tamamlayıb.

Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO

Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO


 

8 sentyabr 2018
GO BACK