ABŞ kənd təsərrüfatı nazirliyi 3 min pişiyin ölümündə ittiham edilir.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, "The White Coat Waste Project" adlı qrup nazirliyin törətdiyi heyvan cinayətlərinə dair sübutlar əldə etməyə çalışır.
Hər il Merilənd ştatının Beltsvil ərazisində yerləşən mərkəzdə təxminən 100 pişik öldürülür. 1982-ci ildən bəri isə 3 min pişik qətlə yetirilib. Həmin pişiklər toksoplazmaya səbəb olan parazitləri daşıyır və bu canlılar müxtəlif tədqiqatlar məqsədilə istifadə edilir.
Təcrübə canlılarına çevrilən pişiklər toksoplazmanın mənşəyini öyrənmək və peyvənd hazırlamaq üçün istifadə edilir. Nazirlik mediada bu məlumatların yayılmasından sonra tədqiqat barədə əlavə informasiyanın verilməsini qadağan edib. "The White Coat Waste Project" layihəsinin vitse-prezidenti Castin Qudman bildirir ki, təcrübələr pişiklər və digər canlılar üzərində həyata keçirilməməlidir.