Qadin.NET / Azərbaycanın adı dünyaca məşhur serialda

Azərbaycanın adı dünyaca məşhur serialda

Azərbaycanın adı dünyaca məşhur serialda


Baş rolunda Con Kransiskinin oynadığı dünyaca məşhur "Jack Ryan" (Cek Rayan) serialında Azərbaycandan bəhs edilib.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, ekran işinin seriyalarının birində ebola virusundan kimyəvi silah hazırlayaraq, hava vasitəsilə insanlara yaymaq istəyən iki nəfər şəxs şübhəli hesab olunur.

Onların axırıncı görüntüsü isə Azərbaycan hava limanında çəkilir. Sözügedən şəxslərin Azərbaycana şəxsi təyyarə ilə Qərbi Afrikadan, yəni Liberiyadan gəldiyi bildirilir.

Bundan başqa, Azərbaycanın Qafqazda yerləşməsi, zamanında Sovetlər Birliyinin əsas tərkib hissəsi olduğunu da vurğulanır.

Qeyd edək ki, Cek Rayan Tom Klensinin ən çox bəyənilən roman qəhrəmanlarından biridir. Bu günədək Cek Rayanla bağlı bir neçə film çəkilib.

7 sentyabr 2018
GO BACK