Hadisə bacısı Hülya Açıkgözü məhkəməyə verib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhur müğənninin anası Gülnihal Sayqın intihara cəhd etdikdən sonra onun bacısı Hülya Açıkgözlə münasibətləri pozulub. Ulduz uzun illərdir ki, menecerliyini edən bacısı ilə əlaqələrini kəsərək iş birliyinə son qoyub. Bununla da kifayətlənməyən Hadisə bacısının onun üzərindən haqsız maddi qazanc əldə etdiyini iddia edərək məhkəməyə müraciət edib. Məşhur müğənni bacısının onun adından istifadə edərək reklamlardan əldə etdiyi maddi varlıqları geri qaytarmasını tələb edib.Xatırladaq ki, keçən ay Hadisənin anası vida məktubu yazaraq intihara cəhd etmişdi. Gülnihal qızlarının aralarındakı pul məsələlərindən və mübahisələrdən bezdiyini yazaraq onları layiqli övlad ola bilməməkdə ittiham etmişdi. Bundan sonra Hadisənin bacısı Hülya Gözüaçıklə çalışmayacağı xəbərləri yayılmışdı. Lakin Hülya Açıkgöz təkzib verərək bu xəbərlərin yalan və əsassız olduğunu bildirmişdi.Hülya Açıkgöz instaqramda bacısı Hadisə ilə olan şəkillərini silməsini isə belə izah etmişdi:“Öz profilimdir. İstədiyim şəkilləri silə və əlavə edə bilərəm. Ruhən yeni bir səhifəyə ehtiyacım vardı, bunun arxasında başqa məna axtarmayın. Çünki çətin mərhələ yaşayırıq. İnsanlardan yaşadığımız bu çətin dövrə hörmət etməyi xahiş edirəm. Biz Gözüaçıq ailəsi ayrılmarıq”.