Qadin.NET / "Instagram" yeni proqram hazırlayır

"Instagram" yeni proqram hazırlayır

"Instagram" yeni proqram hazırlayır


"Instagram" sosial şəbəkəsinin mütəxəssisləri alış-veriş üçün "IG Shopping" adlı tətbiq hazırlayacaq.

Qadin.Net Milli.az-a istinadən bildirir ki, yeni tətbiqin köməyi ilə istifadəçilər sosial şəbəkədə satınalmalar etmək və ödəmək imkanı əldə edəcək.

"Facebook"un əsas əməliyyat direktoru və "Instagram"ın sahibi Şeril Sendberqin sözlərinə görə, sosial şəbəkədə 25 milyondan çox şirkətin hesabı mövcuddur.

Məlumata görə, 5 istifadəçidən 4-ü ən azı bir brendi izləyir, buna görə ayrı bir mobil proqram pərakəndə ticarət üçün meydança yaratmağa və gəlirləri artırmağa kömək edəcək.

7 sentyabr 2018
GO BACK