Qadin.NET / Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq

Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq

Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq


Yaponiya hökuməti "kosmik zibil"i müşahidə etmək üçün orbitə peyklər qrupunu çıxarmağı planlaşdırır. Bu haqda "Yomiuri" qəzeti məlumat verib.
Qadin.Net  Milli.Az -a istinadən bildirir ki, peyklərin orbitə buraxılışını 2024-cü ildən 2028-ci ilədək həyata keçirmək planlaşdırılır. Bu vaxtadək isə yaponiyalı mütəxəssislər "kosmik zibil"in aşkar edilməsi və həmin informasiyanın Yer kürəsinə ötürülməsi texnologiyası üzərində işləyəcəklər. Yaponiya öz peyklərinin orbitdə qalan raket və başqa aparatların qırıntıları ilə toqquşmasından ehtiyat edir.
 
Ekspertlərin qiymətləndirməsinə görə, yerətrafı orbitdə təxminən 150 milyon detal və fraqment mövcuddur. Bunlar peyk və başqa aparatların orbitə buraxılışından sonra kosmosda yığılıb qalıb. Araşdırmalara görə, belə "kosmik zibil"lə  toqquşma peyklərin antena, günəş panelləri və başqa avadanlığına zərər vura bilər.

6 sentyabr 2018
GO BACK