Qadin.NET / Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO

Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO

Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO


Norveçdə son 1000 ildə ilk dəfə əsl vikinq toyu olub. 36 yaşlı Run Dalset və 27 yaşlı Elizabet əcdadlarının adət-ənənəlrinə tam uyğun olan toy edərək münasibətlərini rəsmitləşdiriblər.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Norveçdə 10-cu əsrdən bəri belə toy olmamışdı.

Run və Elizabet 18 aydan bəri qeyri-rəsmi nikahda idilər. Onların Raqnar adlı 6 aylıq oğulları da var.

Bu toyda kilsədə nikah, toy maşını, dəbdəbəli geyimdə qonaqlar, diskoteka olmayıb.

Bəylə gəlin toyun olduğu yerə, göl sahilinə iki kiçik drakkarda yan alıblar. Drakkarlar qədim vikinqlərin gəmiləri olub.

Nikah mərasimini "blottinq" əvəzləyib. Sunnmor şəhərində yaşayan bəylə gəlin toyda iki donuzu qurban kəsiblər, sonra donuzun qanını şaman onların alınlarına çəkib.

Qanın bir hissəsi tanrıların heykəlciklərinin üzərinə tökülüb, bu minvalla "qurban" ayini keçirilib.

Toya dəvət olunmuş 130 qonaq evdə hazırlanmış pivə içiblər, donuz kababı yeyiblər, rəqs edərək əyləniblər.

Sonda bəylə gəlin qılınca əl basaraq, ömürlərinin sonunadək bir-birlərinə sədaqətli qalacaqlarına and içiblər.

Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO

Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO

Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO

Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO


4 sentyabr 2018
GO BACK