Qadin.NET / FİFA "ən yaxşı futbolçu"nun namizədlərini açıqladı -SİYAHI

FİFA "ən yaxşı futbolçu"nun namizədlərini açıqladı -SİYAHI

FİFA "ən yaxşı futbolçu"nun namizədlərini açıqladı -SİYAHI


2018-ci ildə dünyanın ən yaxşıları adına namizədlərin yekun siyahısı açıqlanıb.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, FİFA-nın rəsmi saytı ən yaxşı futbolçu adına 3 namizədin adını açıqlayıb. Bunlar "Yuventus"dan Kriştianu Ronaldu, "Real"dan Luka Modriç və "Liverpul"un hücumçusu Məhəmməd Salahdır. "Barselona"nın ulduzu Lionel Messinin adı isə siyahıda yoxdur.

Ən yaxşı məşqçi adına Xorvatiya millisinin çalışdırıcısı Zlatko Daliç, Fransa millisi ilə dünya çempionu olan Didye Deşam və "Real"a Çempionlar Liqası kubokunu qazandıran Zinəddin Zidan namizəddir.

Dünyanın ən yaxşı qapıçısı adına namizədlər isə "Lester"in çərçivə qoruyucusu Kasper Şmeyxel, Belçika millisi ilə dünya üçüncüsü olmuş "Real"ın qapıçısı Tibo Kurtua və Fransa millisinin heyətində dünya çempionu olan "Tottenhem"li Huqo Llorisdir.

Qeyd edək ki, ən yaxşı futbolçunun adı sentyabrın 24-də Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

3 sentyabr 2018
GO BACK